Prosineçki türklərlə razılığa gəldi

Türkiyənin “Kayserispor” klubunun adı Azərbaycan yığmasıyla da hallanan Robert Prosineçkini komandanın “sükanı arxasına” gətirmək istədiyini xəbər vermişdik.

Komanda.az “fotomac.com” saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin nümayəndələri xorvat mütəxəssislə ilkin görüş keçirib. Tərəflər arasındakı danışıqların müsbət yöndə keçdiyi və ilkin razılıq əldə olunduğu bildirilib. “Kayserispor”un prezidenti Berna Gözbaşın ilk seçimi olan Prosineçkinin təyinatının yaxın zamanda açıqlanacağı gözlənilir.

Robert Prosineçki 2012/13 mövsümündə “Kayserispor”u çalışdırıb. Xorvat mütəxəssis Super Liqa təmsilçisindən sonra Azərbaycan yığmasına rəhbərlik edib (2014-2017).

Son iş yeri Bosniya və Herseqovina milli komandası olan Prosineçkinin Azərbaycan yığmasına da yenidən rəhbərlik edəcəyi iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button