Super Liqa klubu “sükan”ı ona tapşırdı
Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı keçmiş çalışdırıcısı Kemal Özdeşə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Özdeşlə 1 illik müqavilə imzalanıb.
Özdeş 2016-2018-ci illər aralığında da “Kasımpaşa”nı çalışdırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin