“Liverpul”un sabiq futbolçusu rəsmən “Fənərbaxça”da
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq “Alanyaspor”da çıxış edən Stiven Kokeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.
Koker daha əvvəl İngiltərədə “Liverpul”, “Tottenhem”, “Kardiff Siti” kimi klublarda çıxış edib. Müdafiəçi İngiltərə yığmasında 1 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin