
Rəsmi: “Fənərbaxça”da ayrılıq
Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Mehmet Topalla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Topalın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2012-ci ildən “Fənərbaxça”da forma geyinən 33 yaşlı yarımmüdafiəçinin 2020-ci ilə qədər müqaviləsi vardı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin