Daha 2 futbolçu sıradan çıxdı – “Fənərbaxça”da

Türkiyənin “Fənərbaxça” klubu 2 ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları İrfan Can Kahveci və Filip Novak sıradan çıxıb. Hər iki oyunçu Avropa Liqasının pley-off mərhələsinin HJK (Finlandiya) ilə ilk matçında (1:0) zədələnib.

Futbolçuların son durumu tibbi müayinədən sonra bilinəcək.

“Fənərbaxça”da daha əvvəl yarımmüdafiəçi Dmitris Pelkas və hücumçu Sərdar Dursun zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button