“Fənərbaxça”da ciddi itki – “Qalatasaray”la oyunu buraxacaq
Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Dimitrios Pelkas zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yunanıstanlı yarımmüdafiəçi zədə səbəbindən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Pelkas “Fənərbaxça”nın Super Liqanın 23-cü turu çərçivəsində “Qalatasaray”a qarşı keçirəcəyi matçı buraxmalı olacaq. Görüş fevralın 6-da keçiriləcək.
Pelkas bu mövsüm “Fənərbaxça”da 20 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin