“Beşiktaş”la oyundan əvvəl “Fənərbaxça”da ciddi itki
Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Mbvane Samatta zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Tanzaniyalı hücumçu Türkiyə kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilən “Fənərbaxça” – “Sivas Bələdiyəspor” matçında (4:0) zədələnib.
Samatta, Super Liqanın 10-cu turu çərçivəsində “Fənərbaxça”nın “Beşiktaş”a qarşı keçirəcəyi səfər matçını buraxacaq. Görüş noyabrın 29-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin