“Liverpul”un sabiq baş məşqçisi Türkiyəyə gəlir – “Fənərbaxça” üçün

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi postuna namizədlərdən olan Rafael Benitesi İstanbula gətirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “A Spor” telekanalı məlumat yayıb. Xəbərdə, “Fənərbaxça”nın ispan mütəxəssisi iyunun 16-da Türkiyəyə gətirməyi planlaşdırdığı bildirilib.

Hazırda işsiz olan Benites “Fənərbaxça”da baş məşqçi postuna ən real namizəd hesab olunur. Super Liqa təmsilçisi onunla yanaşı, Bernd Şusterlə də maraqlanır.

Daha əvvəl İspaniyada “Real”, “Valensiya”, “Osasuna”, İtaliyada “İnter”, “Napoli”, İngiltərədə “Liverpul”, “Çelsi”, “Nyukasl” kimi klublarda baş məşqçilik edən Benitesin son ünvanı Çin “Dalyan İfan”ı olub. Benites bu ilin yanvarından işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button