“Bursaspor”da Namik Ələskərov sevinci – TFF-yə sifariş olundu
Türkiyənin “Bursaspor” klubu azərbaycanlı futbolçu Namik Ələskərovu 1-ci liqanın oyunları üçün Türkiyə Futbol Federasiyasına (TFF) sifariş edib.
Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi artıq Bursa təmsilçisində debüt edə bilər.
Namik “Bursaspor”un 1-ci liqanın 3-cü turu çərçivəsində “Eyüpspor”a qarşı keçirəcəyi oyunda şans veriləcəyi halda, meydana çıxa bilər.
Namik TFF-yə sifariş olunmadığı üçün 1-ci liqanın ilk 2 turunu buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin