“Beşiktaş”ın “sükan”ı portuqaliyalıya tapşırılır
Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin “sükan”ı Bruno Pinheyroya tapşırılacaq. Bu barədə klubun icraçı direktoru Ceyhun Kazancı yerli mətbuata açıqlamasında deyib.
O, portuqaliyalı mütəxəssislə razılaşdıqlarını bildirib. Brunonun təyinatı haqda son qərarı klubun prezidenti Ahmet Nur Çebi verəcək.
Pinheyro hazırda Portuqaliyanın “Eştoril” komandasında baş məşqçilik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin