İngiltərə klubları “Beşiktaş”ın futbolçusuna “elçi düşdü”

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Kayl Larin İngiltərə klublarının hədəfinə düşüb.

Komanda.az xəbər verir ki, kanadalı hücumçu ilə “Sauthempton”, “Brayton”, “Vest Hem” və “Everton” klubları maraqlanır. Bu barədə “TeamTalk” portalı məlumat yayıb.

Premyer Liqa təmsilçiləri qış transfer pəncərəsi dövründə Larin üçün “Beşiktaş”ın “qapısını döyəcək”.

26 yaşlı hücumçu bu mövsüm “Beşiktaş”la 17 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button