“Beşiktaş” baş məşqçisi ilə razılığa gələ bilmir

Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi Sərgən Yalçınla yollar ayrıla bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin klubla müddəti bitən müqaviləsi hələ yenilənməyib. Sərgən Yalçın “Beşiktaş”la yeni sözləşmə şərtlərində razılığa gələ bilmir.

Sərgənin yaxın zamanda “Beşiktaş” rəhbərliyi ilə görüşəcəyi və razılıq əldə olunmasa, klubla yollarını ayıracağı gözlənilir.

“Beşiktaş” Sərgən Yalçının rəhbərliyi ilə ötən mövsümdə Super Liqanın və ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button