“Qarabağ”la oyunda dubl edən hücumçu “Beşiktaş”da
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Sportinq”dən Abdula Diabini transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 28 yaşlı hücumçunun Türkiyəyə gəldiyi, tibbi müayinədən sonra isə 1 illik müqavilə imzalayacağı bildirilir. Malili oyunçu “Beşiktaş”da icarə əsasında çıxış edəcək.
Diabi “Sportinq”in heyətində ötən mövsüm Avropa Liqasında “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib. Hücumçu “Sportinq”in Bakıdakı 6:1 hesablı qələbəsində 2 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin