Sabiq “Fənərbaxça”lı “Beşiktaş”la anlaşdı
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi hazırda azad agent olan Mehmet Topalla razılıq əldə edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “Beşiktaş”la 1+1 şərti ilə müqavilə imzalayacaq.
Mehmet Topal daha əvvəl “Qalatasaray”, “Fənərbaxça”, “Başakşəhər” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin