“Beşiktaş”da ciddi itki – 4 ay olmayacaq
Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “qara qartallar”ın futbolçusu Dorukan Toköz zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə Super Liqasının 7-ci turunun “Alanyaspor”la oyununda (2:0) diz bağları qopan Dorukan əməliyyat olunacaq. 23 yaşlı yarımmüdafiəçinin 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin