“Başakşəhər” yeni baş məşqçisi ilə müqavilə imzaladı
Türkiyənin “Başakşəhər” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı Aykut Kocamana tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssislə 2,5 illik sözləşmə imzalanıb.
Ötən mövsüm Super Liqanın qalibi olan “Başakşəhər” hazırda 15-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin