“Beşiktaş”ın futbolçusu “Başakşəhər”ə keçdi

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi “Beşiktaş”dan Salih Uçanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Başakşəhər”də çıxış edəcək.

Salih bu mövsüm “Beşiktaş”la 15 oyuna çıxıb.

Türkiyə mətbuatının xəbərinə görə, “Başakşəhər” “Legiya”da çıxış edən Mahir Emrelini də transfer etmək istəyir. İstanbul klubu azərbaycanlı hücumçu üçün 750 min avro təklif edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button