Argentina klubu Podolskiyə “elçi düşdü”
Türkiyənin “Antalyaspor” klubunun futbolçusu Lukas Podolski karyerasını Argentinada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Boka Xuniors” klubu 34 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Podolski özü də argentinalıların marağını təsdiqləyib.
“Antalyaspor”la müqaviləsi 2021-ci ilin yayına qədər olan Podolskinin bu yay qərarını verəcəyi bildirilir.
Podolski “Bavariya“, “Arsenal”, “İnter”, “Qalatasaray” kimi klubların formasını geyinib. O, Almaniya yığmasında 130 oyun keçirib, 49 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin