Loik Reminin yeni klubu
Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi son klubu “Rizəspor” olan Loik Remini heyətinə qatıb. Fransalı hücumçu ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Daha əvvəl İngiltərədə “Çelsi”, “Nyukasl”, “Kristal Pelas”, Fransada “Marsel”, “Lill” kimi klublarda çıxış edən Remi, Fransa yığmasında 31 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin