Ramil Quliyev Tokio-2020-ni medalsız başa vurdu

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda finala vəsiqə qazana bilməyib.

Komanda.az xəbər verir ki, 31 yaşlı idmançı yarımfinal mərhələsində finiş xəttinə 20.31 saniyə ilə 6-cı çatıb. O, bununla da finala vəsiqə qazana bilməyib və Olimpiya Oyunlarını medalsız başa vurub.

200 metr məsafəyə qaçışda finala 3 qrupda ilk iki sıranı tutanlar və ən sürətli iki atlet yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button