
Türkiyəlilər istədi, FİFA razılıq verdi
Türkiyədə bu gecə saat 23:59-da başa çatmalı olan qış transfer pəncərəsinin müddəti uzadılıb.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb. FİFA Türkiyədə baş vermiş zəlzələ ilə bağlı TFF-nin müraciətini müsbət cavablandırıb.
Ali futbol qurumu yanvarın 12-də açılan qış transfer pəncərəsinin müddətinin daha 10 gün uzadılmasına şifahi razılıq verib.
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin