Daha bir türkiyəli mütəxəssis Azərbaycan millisini çalışdırmağa namizəd oldu
Türkiyəli mütəxəssis Samet Aybaba Azərbaycan milli komandasına baş məşqçi təyin oluna bilər.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Sametin yığmanın baş məşqçi postuna namizədlər arasında olduğu bildirilib.
AFFA rəhbərliyi yaxın zamanda 66 yaşlı mütəxəssislə görüşəcək. Samet Aybaba da Azərbaycan millisində işləməyə müsbət yanaşır.
Samet Aybaba məşqçi karyerası ərzində “Kayserispor”, “Beşiktaş”, “Adana Dəmirspor”, “Bursaspor”, “Sivasspor” kimi komandalarda baş məşqçilik edib.
Azərbaycan yığmasını hazırda Canni De Byazi çalışdırır. İtalyan mütəxəssisin müqaviləsi noyabrın sonuna qədərdir. Onun vəzifəsindən göndəriləcəyi gözlənilir.
Bundan əvvəl türkiyəli mütəxəssis Okan Burukun adı Azərbaycan millisiylə hallanırdı.
Bizi Facebook-da izləyin