“Xəzər Lənkəran”ın sabiq futbolçusu Ankara klubunda
Türkiyəli mütəxəssis Oktay Dərəlioğlunun yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “BAK Spor” klubunun baş məşqçisi təyin olunub. Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oktayla 2,5 illik müqavilə imzalanıb.
“BAK Spor” Türkiyənin 2-ci liqasının “Beyaz” qrupunda mübarizə aparır.
Oktay Dərəlioğlu futbolçu karyerası ərzində 2005/06 mövsümündə “Xəzər Lənkəran”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin