Azərbaycan millisi türkə tapşırıla bilər

Türkiyəli mütəxəssis Engin Fırat Azərbaycan millisini çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, AFFA rəhbərliyinin Fıratla görüşəcəyi bildirilib.

Bir müddət əvvəl Moldova yığmasına müvəqqəti baş məşqçi təyin olunan Engin Fıratla hələ rəsmi müqavilə imzalanmayıb. Lakin 49 yaşlı mütəxəssisin Moldova Futbol Federasiyası ilə prinsipcə razılaşdığı bildirilir.

Azərbaycan millisində baş məşqçi postuna ən real namizədlərdən biri Robert Prosineçkidir. Xorvat mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button