Türkiyəli hücumçu Super Liqada klubunu dəyişdi

“Antalyaspor” heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Antalya təmsilçisi Super Liqada çıxışını bu mövsümün sonuna kimi dayandıran “Hatayspor”dan Bertuğ Yıldırımı, Burundinin “Eql Nuar” klubundan isə Yannik Nkurunzizanı transfer edib.

Bertuğ bu mövsümün sonuna kimi icarəyə götürülüb. Nkurunziza isə yeni klubu ilə 4.5 illik müqaviləyə imza atıb.

Bertuğ Yıldırım “Sarıyer”in yetirməsidir. 21 yaşlı hücumçu 2021-ci ildən oynadığı “Hatayspor”da 34 oyuna 5 qol vurub. O, Türkiyənin gənclərdən ibarət yığmalarında da dəvət alır.

Nkurunziza isə daha öncə ölkəsində “Nessajer”də də forma geyinib. 20 yaşlı mərkəz yarımmüdafiəçisi Burundi millisində 4 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button