Türkiyəli futbolçu Rusiyada ən yaxşı seçildi
Rusiya Premyer Liqasında fevral və mart aylarının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Komanda.az Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, ÇSKA-nın türkiyəli yarımmüdafiəçisi Yusuf Yazıcıdır. Türkiyə millisinin üzvü azarkeşlər və futbol mütəxəssislərinin seçimində 1-ci yeri tutub.
Yazıcı bu dövr ərzində 4 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin