Türkiyə millisinin üzvü Almaniya klubundan ayrıldı
Türkiyəli futbolçu Kenan Karaman Almaniyanın “Fortuna” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu “tvitter” hesabında məlumat yayıb. O, 2018-ci ildən çıxış etdiyi “Fortuna”dan ayrıldığını açıqlayıb.
Son mövsümdə Düsseldorf təmsilçisi ilə 2-ci Bundesliqada 28 oyunda 7 qol vuran Kenanla Türkiyənin “Qalatasaray” klubu maraqlanır.
Kenan Karaman Türkiyə milli komandasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin