Türkiyəli futbolçu İngiltərə klubuna keçir
“Trabzonspor”un futbolçusu Abdulkadir Ömür karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı yarımmüafiəçi “Hall Siti”yə keçəcək.
Artıq tərəflər arasında razılıq əldə olunub. “Hall Siti” Türkiyə klubuna 6 milyon avro təzminat ödəyəcək.
Abdulkadir Ömür “Trabzonspor”un yetirməsidir. Türkiyə millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 211 matçda 25 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin