Türkiyəli futbolçu Fransa klubunda
Fransanın “Havr” klubu heyətini türkiyəli futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, 2-ci liqa təmsilçisi Türkiyənin “Bursaspor” klubunun müdafiəçisi Umut Meraşı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Fransa klubu bu transferə görə Bursa təmsilçisinə 1,3 milyon avro ödəyib. Umut Meraş gələcəkdə hansısa kluba satılsa, “Bursaspor” həmin məbləğdən də 15 faizlik pay alacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin