Türkiyəli futbolçu Belçika klubunda
Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Halil Akbunar “Göztəpə”dən ayrılıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu Belçikanın “Vesterlo” klubuna transfer olunub.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Belçika təmsilçisi yeni transferi ilə 3+1 illik müqavilə bağlayıb.
Halil “Göztəpə”nin öz yetirməsidir. O, İzmir təmsilçisinin heyətində meydana çıxdığı 310 matçda 49 qol vurub, 52 məhsuldar ötürmə müəllifi olub. Akbunar “Göztəpə”nin Super Liqanı tərk etdiyi sonuncu mövsümdə 32 matça çıxıb, 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin