Türkiyəli futbolçu “Ayaks”ın tarixinə keçdi
Futbol üzrə Hollandiya kubokunun 1/32 mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bu mərhələdə aşağı liqa təmsilçisi “Spakenburq”la qarşılaşan “Ayaks” rəqibini 7:0 hesabı ilə məğlub edib.
Bu qarşılaşmada meydana çıxan türkiyəli futbolçu Naci Ünüvar “Ayaks”ın tarixinə keçib. Belə ki, oyunun 75-ci dəqiqəsində meydana daxil olan Naci Ünüvar son dəqiqələrdə özünün qazandığı penaltini qola çevirib.
Bununla da Naci “Ayaks” tarixinin rəsmi oyunlarda qol vuran ən gənc oyunçusuna çevrilib. O, buna 16 yaş 223 günlüyündə nail olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin