Türkiyəli futbolçu Avstraliya klubu ilə müqavilə bağladı

Türkiyənin “Beşiktaş” və “Fənərbaxça” klubunun sabiq futbolçusu Tolqay Arslan karyerasını Avstraliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, son olaraq İtaliyada “Udineze”nin formasını geyinən 32 yaşlı yarımmüdafiəçi “Melburn Siti”yə keçib.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb.

Tolqay daha öncə Türkiyənin və Almaniyanın aşağı yaş qruplarından ibarət yığmalarında, eləcə də “Hamburq”, “Beşiktaş” və “Fənərbaxça”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button