Türkiyəli futbolçu “Roma” və “Fulhem”in hədəfində
“Atletiko”nun müdafiəçisi Çağlar Söyüncü komandadan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçunun xidmətində “Roma” və “Fulhem” maraqlıdır.
İtaliya klubu 27 yaşlı mərkəz müdafiəçisini mövsümün sonuna kimi icarəyə götürmək istəyir. “Fulhem” isə 20 milyon avro ödəyərək oyunçunu transfer etmək niyyətindədir.
Çaglar mövsümün əvvəlində “Atletiko”ya azad agent statusu ilə keçib. Türkiyə millisinin üzvü Madrid təmsilçisinin heyətində 9 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin