
Türkiyədəki turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri məlum olub
İyunun 26-dan 29-dək Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində iştirak edəcək Azərbaycan güləşçiləri məlum olub.
Bu barədə Komanda.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ənənəvi yarışda hər üç güləş növü üzrə millinin üzvləri iştirak edəcəklər.
Yunan-Roma güləşi üzrə yığmanın məşqçisi Elvin Mürsəliyevin rəhbərliyi altında Nihad Quluzadə (60 kq), Məhəmməd Şükürzadə (67 kq), Laçın Vəliyev və Cocu Səmədov (hər ikisi 87 kq), qadın güləşi üzrə millinin böyük məşqçisi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kq) və Birgül Soltanova (62 kq), sərbəst güləş üzrə məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında isə Fərid Cabbarov, Cəbrayıl Hacıyev, Səbuhi Əmiraslanov (hamısı 79 kq), Ali Tsokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) mübarizə aparacaqlar.
Görüşlər hər gün saat12:00-da, medallar uğrunda qarşılaşmalar isə 18:30-da başlayacaq.
Turnirdə beynəlxalq dərəcəli hakimlər Elgün Məmmədov və Samil Fəttayev ədaləti qoruyacaqlar.
Bizi Facebook-da izləyin



