Türkiyədə yenə futbol hakimi döyüldü

Türkiyədə yenə futbol hakimi döyülüb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Birinci Həvəskar Liqada baş verib.

“Kumçatıspor”un oyunçuları “Cizrə Dicləspor”la qarşılaşmada hakimlərə, ardınca isə rəqib futbolçulara hücum ediblər. Nəticədə, köməkçi hakim Veysel Samsakın burnu qırılıb. Azarkeşlər isə “Cizrə Dicləspor”un avtobusuna hücum çəkiblər.

Daha əvvəl Super Liqanın 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button