“Zirə”dən Polşa klubu ilə məhsuldar heç-heçə
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Antalyadakı ikinci sınağında Polşa “Qurnik”i (Lençna) ilə üz-üzə gəlib.
Oyundan əvvəl komandalar 20 Yanvar şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Komanda meydana qara sarğı ilə çıxıb.
Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Zirəlilərin heyətində Təmkin Xəlilzadə ilə İlkin Muradov fərqlənib.
Xatırladaq ki, “Zirə” Antalyadakı ilk yoxlama oyununda Macarıstanın “Peç” komandasında 3:5 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
20 yanvar
Zirə – Qurnik 2:2
Qol: Təmkin Xəlilzadə (pen), İlkin Muradov.
“Zirə” bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: 41. Anar Nəzirov (1. Mehdi Cənnətov), 10. Ağabala Ramazanov (K), 91. Coşqun Diniyev (13. Ramin Əhmədov), 4.Cəlal Hüseynov (15. Ruslan Abışov), 19. Təmkin Xəlilzadə, 32. Qismət Alıyev, 44. Dimitrios Çantakias, 9. David Volkov (47. Mohamed Hamdaoui), 21. Hacıağa Hacılı (56. Samir Ağayev), 8. İlkin Muradov (61. Nizami Səmədov), 9. Loris Broqno (64. Mahmud Ağayev).
Bizi Facebook-da izləyin