“Fənərbaxça” ilə “Qalatasaray”ın oyununa getsəz…” – Cerrard

Şotlandiyanın “Reyncers” klubunun baş məşqçisi Stiven Cerrard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, futbolda olan şiddətlərlə bağlı danışan 38 yaşlı ingilis mütəxəssis, “Qalatasaray” – “Fənərbaxça” derbilərinə də toxunub:

“Bu, təkcə bizdə olan problem deyil. Azarkeşlər tribunalarda şüarlar səsləndirirlər, amma eyni zamanda əşyalar da atırlar. Tribunada olan hadisələr və davranış problemləri bütün dünyada var. Məsələn, Türkiyədə “Fənərbaxça” ilə “Qalatasaray”ın oyununa getsəz, orda olan hadisələri görüb, xəyal qırıqlığı yaşayarsız”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button