Türkiyə və Rusiya da AÇ-2028 üçün namizədliyini irəli sürdü

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyən ölkələrin siyahısı genişlənir.

Komanda.az xəbər verir ki, İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels qitə birinciliyini birgə keçirmək üçün namizədliyini irəli sürüb.

Türkiyə də AÇ-2028-i keçirməyə iddialıdır. Belə ki, Türkiyə Futbol Federasiyası (TFF) qitə birinciliyinə ev sahibliyi etmək üçün namizədliyini rəsmən UEFA-ya təqdim edib. Xatırladaq ki, daha öncə türklər AÇ-2016 və AÇ-2014-ü təşkil etməyə iddialı olsa da, təklifi müsbət dəyərləndirilməmişdi.

Sözügedən qitə birinciliyini keçirməyə Rusiya da iddialıdır. Rusiya Futbol İttifaqı da namizədliyini irəli sürüb. Halbuki, bu ölkə Ukraynaya hücum etdiyinə görə FİFA və UEFA bayrağı altında keçirilən bütün turnirlərdən təcrid olunub. Lakin bu ölkənin AÇ-2028 və AÇ-2032-yə ev sahibi olmaq üçün namizədliyini irəli sürməsi ilə bağlı hansısa qadağa qoyulmayıb.

Ərizəni UEFA-ya təqdim etmək üçün son tarix bu gün – 23 martdır. Yekun namizədlərin elanı aprelin 5-nə planlaşdırılıb.

AÇ-2028-in 24 yox, 32 komandanın iştirakı ilə keçirilməsi gözlənilir. AÇ-2024 isə Almaniyada təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button