Azərbaycan millisinin Türkiyə ilə matçının hakimləri açıqlandı

Türkiyə və Azərbaycan milli komandaları arasında sabah keçiriləcək yoxlama oyununun hakimləri açıqlanıb.

Komanda.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Kosovodan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Genc Nuza olacaq. Ona yan xətt hakimləri Fatlum Berişa ve Bujar Selimaj kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Visar Kastrati yerinə yetirəcək.

Sabah keçiriləcək Türkiyə – Azərbaycan matçı saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button