
Türkiyə superkubokunun qalibi bəlli oldu
Futbol üzrə Türkiyə superkubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda Super Liqanın sonuncu qalibi “Başakşəhər”lə Türkiyə kubokunun sahibi “Trabzonspor” üz-üzə gəlib.
Üç qolun qeydə alındığı matçda Trabzon təmsilçisi çətin qələbəyə sevinib – 2:1. Bununla da “Trabzonspor” tarixində 9-cu dəfə superkubokun qalibi olub və bu göstəricidə “Fənərbaxça”ya çatıb. Superkuboku ən çox qazanan komanda isə “Qalatasaray”dır – 16 dəfə.
Türkiyə superkuboku
27 yanvar
Başakşəhər – Trabzonspor 1:2
Qol: D.Ba, 58-pen – Djanini, 47. Ekuban, 86.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin