Türkiyə superkuboku uğrunda oyun Bakıda keçirilə bilər
2011-ci il Türkiyə superkuboku uğrunda oyun Bakıda keçirilə bilər.
Komanda.az xəbər verir ki, bu barədə məşhur jurnalist Ertem Şener sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, “Fənərbaxça” ilə “Beşiktaş” arasındakı qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Müəllif tarix açıqlamayıb.
2011-ci ildə “Fənərbaxça” Türkiyə çempionu olub, “Beşiktaş” isə ölkə kubokunu qazanıb. Ancaq həmin vaxt oyun alveri ilə bağlı araşdırma aparıldığı üçün superlubok matçı keçirilməyib.
2021-ci ilin 27 dekabrında “Fənərbaxça” tərəfi tam bəraət alıb. Bundan 3 gün sonra klub Türkiyə Futbol Federasiyasına müraciət edərək həmin matçın oynanılmasını tələb edib. “Beşiktaş” tərəfi TFF-nin verəcəyi qərara hörmətlə yanaşacağını, lazım olarsa, meydana çıxacaqlarını bildirib. Federasiya rəhbəri Nihat Özdəmir bu məsələnin İdarə Heyətinin iclasında gündəmə gətirəcəyini və lehinə səs verəcəyini açıqlayıb.
Bizi Facebook-da izləyin