Türkiyə superkuboku Azərbaycanda keçirilə bilər
Azərbaycan Türkiyə superkubokuna ev sahibliyi etmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına məktub göndərib.
Həm TFF, həm də superkubokun iştirakçıları olan “Qalatasaray” və “Fənərbaxça” klubları yaxın günlərdə təklifə cavab verəcəklər. Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı daha yüksək qiymətləndirilir.
2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin