
Türkiyə Super Liqasında yeni mövsümün nə vaxt başlayacağı bilindi
Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümünün başlayacağı vaxt məlum olub.
Komanda.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyəti qərar qəbul edib.
Yeni mövsüm 11 avqustda başlayacaq.
2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatına görə son tur mayın 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin