Türkiyə Super Liqasında 3 oyun təxirə salınıb
Türkiyə Super Liqasının 3-cü turunun üç oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
“Qalatasaray” – “Qaziantep”, “Trabzonspor” – “Kayserispor” və “Samsunspor” – “Başakşəhər” görüşləri təxirə salınıb.
Buna “Qalatasaray” (Çempionlar Liqası), “Trabzonspor” və “Başakşəhər”in (hər ikisi Konfrans Liqası) avrokubokların pley-off mərhələsində mübarizə aparması səbəb olub.
Avropa Liqasında yer alan “Beşiktaş” isə təqvimə əsasən 3-cü turda meydana çıxmayacaq.
Super Liqada 3-cü turun oyunları növbəti həftəsonu baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin