
Super Liqada yeni mövsümün nə vaxt başlayacağı bilindi
Türkiyə Super Liqasında 2019/20 mövsümünün nə vaxt start götürəcəyi məlum olub.
Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası yeni mövsümün ilk və son turunun oyunlarının başlayacağı vaxtı açıqlayıb. Super Liqada 2019/20 mövsümünün ilk turu avqustun 16-19-da keçiriləcək. Mövsümün son turunun oyunları isə mayın 17-də oynanılacaq.
2019/20 mövsümünün oyunlarının tam təqvimi isə hələ bəlli deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin