“Yuventus”un türk futbolçusu koronavirusa yoluxdu

Türkiyə millisinin və “Yuventus”un futbolçusu Merih Demiralda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə, 23 yaşlı müdafiəçinin ötən həftə Türkiyə yığmasının düşərgəsində verdiyi koronavirus testinin nəticəsinin müsbət olduğu bildirilib.

Merih Demiral Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsindəki Niderland (4:2), Norveç (3:0) və Latviya (3:3) ilə oyunlarını buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button