Türkiyə millisinin üzvü yenə icarəyə verildi
Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Ahmed Kutucu yenidən Almaniyada oynayacaq.
Komanda.az xəbər verir ki, türkiyəli hücumçu “Sandhauzen”lə anlaşıb. 2-ci Bundesliqa təmsilçisi Kutucunun 2022/2023 mövsümünü komandada icarə əsasında keçirəcəyini açıqlayıb.
Türkiyə millisinin üzvü olan 22 yaşlı futbolçu “Şalke”nin yetirməsidir. O, 2021-ci ildə “Herakles”də çıxış edib. Kutucu son mövsümün ikinci yarısını da icarə əsasında “Sandhauzen”də keçirib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin