Türkiyə millisinin üzvü rəsmən “Atletiko”da

Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü İspaniyanın “Atletiko” komandasına keçib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Madrid təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Son klubu İngiltərə “Lester”i olan təcrübəli oyunçu La Liqa təmsilçisinə azad agent kimi transfer olunub.

Xatırladaq ki, Çağlar Söyüncü Türkiyədə “Altınordu” və Almaniyada “Frayburq”un da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button