Türkiyə millisinin üzvü klubsuz qaldı

“Adana Dəmirspor” yarımmüdafiəçisi Gökhan Törenin müqaviləsinə xitam verib.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Bu mövsümün əvvəlində Adana klubu ilə müqavilə bağlayan Töre, cəmi 5 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyə yığmasının üzvü “Hamburq”, “Rubin, “Beşiktaş”, “Vest Hem” və “Yeni Malatyaspor”da da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button