Türkiyə millisinin sabiq üzvü yetirməsi olduğu kluba döndü
Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı Cenk Göneni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Alanyaspor”dan ayrılan 32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Dənizlispor” Cenk Gönen üçün doğma klubdu. Türkiyə millisinin sabiq üzvü 2005-2010-cu illər aralığında məhz yetirməsi olduğu bu klubun uğurları üçün çalışıb. O, karyerası ərzində “Altay”, “Beşiktaş”, “Qalatasaray” və “Malaqa”da da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin